səxavət məmmədov - vaxtsız ölüm

Small photos are not selected for Google Earth or Google Maps [?]

Comments (2)

R. Leysi on April 30, 2011

Doğum tarixi:

23 oktyabr 1953-cü il

Doğum yeri:

Ağdam, Abdal-Gülablı kəndi

Vəfatı:

30 sentyabr 1991-ci il (37 yaşında)

R. Leysi on April 30, 2011

Həyatı

Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur.

Beləcə Azərbaycan mədəniyyətinə Cabbar, Bülbül, Üzeyir bəy, Seyid, Xan kimi dahilər bəxş edən Qarabağ torpağı Səxavət Məmmədov kimi bir sənətkar da yetişdirdi.

Bəzən deyirlər, musiqi olan Qarabağda körpələr də «Segah» üstə ağlayırlar. Elə Səxavətin də səsi «Segah»a yatımlı idi, ruhu «Segah»a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz «Segah» ladındadır. «Ay Bəri Bax», «Uca Dağlar», «Yar Bizə Qonaq Gələcək», «Ay Çiçək», «Sarı Bülbül» «Külək» və s. Səxavətin səsi ilə «Segah» muğamı qovuşmuşdu desək, yanılmarıq. Çünki o səsi seçilən, heç bir analoqu olmayan bir səsdir. O səsi nə qədər dinləsək, ruhumuz doymaz. Çünki bu səsdə sevincimizi, kədərimizi, həsrətimizi, sevgimizi tapırıq. Bu bənzərsiz səs bu gün də, sabah da, hələ neçə-neçə illər sonra da öz təravətin itirməyəcək. Ona görə ki, bu adi səs deyil. Bu səsin ruhu var.

Bənzərsiz səsə malik, unudulmaz sənətkar Səxavət Məmmədovun vaxtsız ölümü hamını sarsıtdı. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Saysız-hesabsız insan axını onu doğulduğu Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığına son mənzilə yola salırdı. Həmin vaxt göydən tək yağış yox, güllə də yağırdı.

Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

Sign up to comment. Sign in if you already did it.

R. Leysi
کلیبر

Photo details

  • Uploaded on April 30, 2011
  • © All Rights Reserved
    by R. Leysi

Groups